Prezident seçkiləri ilə əlaqədar təşviqat BAŞLAYIR

10:00 14.01.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt
Sabah, yanvarın 15-də növbədənkənar prezident seçkisi ilə əlaqədar seçkiqabağı təşviqatın aparılmasına başlanılacaq.

 

Hafta.az xəbər verir ki, fevralın 6-sı saat 8:00-da təşviqatın aparılması dayandırılacaq.

 

Qeyd edək ki, fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkisi keçiriləcək. Yanvarın 9-da prezidentliyə namizədliyin qeydə alınması başa çatıb. Seçkidə 7 namizəd mübarizə aparacaq.

 

Prezidentliyə namizədliyi qeydə alınan şəxslər isə aşağıdakılardır:

 

1. Hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev;

 

 
 
 
 
 
 
 

2. Namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc;

 

3. Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev;

 

4. Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa;

 

5. Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev;

 

6. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev

 

7. Namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev.

Siyasət rubrikasından digər xəbərlər